Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) yaydığı bəyanatda bildirib: “Livan islami müqavimətinin Qəzzə zolağına və Fələstin müqavimətinə dəstəkdə mərkəzi rolunu təqdir edirik və şəhid Seyid Həsən Nəsrullahın rəhbərliyi altında Hizbullahın böyük fədakarlıqlarını yüksək qiymətləndiririk.”
HƏMAS əlavə edib: “Biz həmçinin qardaş Livan xalqının möhkəmliyini, sionist rejimin işğalçılığı və onun qəddar təcavüzünə qarşı Fələstin xalqı ilə həmrəyliyini təqdir edirik.”
Bəyanatın davamında vurğulanır: “Livanla müqavilənin şərtlərini yerinə yetirmədən düşmən tərəfindən qəbul edilməsi, Benyamin Netanyahunun Yaxın Şərq xəritəsinin dəyişdirilməsi ilə bağlı illüziyalarının məhv edilməsi üçün mühüm addımdır.”
“Biz Qəzzədə atəşkəs üçün hər cür səylə əməkdaşlığa sadiqik və səylərimiz Fələstin xalqına qarşı təcavüzü dayandırmaqdır” - deyə, HƏMAS qeyd edib.
Sizin rəyiniz